Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.11.2021

Yaşatmaq üçün...

Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşkilatçılığı ilə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində növbəti qanvermə aksiyası keçirilib.
Aksiyada İdarənin rəhbərliyi olmaqla 40 əməkdaş iştirak edib.
Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib. Onların təzyiqləri ölçülüb, qanda hemoqlobinin miqdarı müəyyənləşdirildikdən sonra sağlıq durumu imkan verənlərin aksiyada iştirak etmələrinə icazə verilib. Könüllülük prinsipi əsasında keçirilən qanvermədə ümumilikdə 12 litr qan tədarük edilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarının tələbləri nəzərə alınıb.

T.Əlizadə

Geriyə Çap et


Faydalı keçidlər
Linklər