Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.09.2021

Zərif, həm də güclü

Ölkəmizin beynəlxalq miqyasda tanınmasında idmanın rolu danılmazdır. İdmanın ümummilli hərəkata çevrilməsi, inkişafı gələcək nəslin sağlam, vətənpərvər ruhda böyüməsinə xidmət edir. Yeri gəlmişkən, sıralarımızda beynəlxalq arenalarda uğurlara imza atmış yüzlərlə idmançı polis, eləcə də onların övladları var.
Bu dəfəki qəhrəmanımız polis polkovnik-leytenantı Emil Rzayevin qızı, DİN İdman Cəmiyyətinin yetirməsi Emili Rzayevadır. Yaşının az olmasına baxmayaraq o, idman karyerasında yeniyetmələr arasında dünya və Avropa çempionu adına layiq görülüb.

Bugünlərdə E.Rzayeva mükafatları siyahısına daha birini əlavə edib. Belə ki, yetirməmiz Rusiyanın Kazan şəhərində MDB ölkələri arasında keçirilən açıq idman oyunlarında qüvvəsini sınayıb. İdmanın boks növü üzrə 63 kiloqram çəki dərəcəsində rinqə çıxan təmsilçimiz ilk görüşdə rusiyalı rəqibindən üstün olub. Qazaxıstan idmançısına 3:0 hesabı ilə qalib gələn zərif güclümüz finala gedən yolda büdrəyib. Üçüncü yer uğrunda çətinliklə keçən döyüşün sonunda isə sevinən tərəf olub.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər