Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.08.2021

Xilaskarları yaxındaydı...

Bu gün dövlət və şəxsi mülkiyyətin, asayişin etibarlı qorunmasından söhbət gedəndə ilk növbədə yada düşən mühafizə polisi olur.
Öz vəzifə borcunu yerinə yetirən Azərbaycan Polisinin bu strukturu təkcə mühafizə etmir, həmçinin cinayətkarlıqla mübarizə aparır, ictimai asayişi qoruyur. Xüsusən də son zamanlar əhalinin evlərinin, mülklərinin mühafizə olunması üçün polisə üz tutmaları ondan xəbər verir ki, polis vətəndaşların inamını, etibarını qazanıb və ən ümdəsi özünü sevdirməyi bacarıb.
Əldə olunan uğurlar, yüksək göstəricilər onu deməyə əsas verir ki, mühafizə polisi qarşıya çıxan çətinliklərdən qorxmur, müxtəlif vasitələrlə ictimai qaydanı və ictimai asayişi pozanlara, cinayət törədənlərə, cinayətə meyilli olanlara qarşı mübarizə metodlarının dövrün tələblərinə uyğun olaraq daha da gücləndirilməsi, müasir texniki vasitələrdən istifadə bacarığının artırılması, döyüş və peşə hazırlığında yeni-yeni nailiyyətlərin əldə olunması onların əsas hədəfidir.
Bəzən vətəndaşların sıradan yanaşdığı bir fakta polisin fərqli mövqe nümayiş etdirməsi sonradan ictimai rezonansa səbəb olacaq hadisəyə çevrilir. Məhz polisin fərqliliyi də bu xüsusda özünü göstərir.

Elə bugünlərdə Zabrat qəsəbəsindən daxil olmuş həyəcan siqnalı əsasında avtopatrulda xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin polis nəfərləri, polis serjantları Elçin Əslanovun və Kamran Əzizovun hadisə yerindən qayıdarkən bir azyaşlının yol kənarında sakit otursa da təlaş içində ətrafındakılara baxması onların marağına səbəb olub. Nə baş verdiyini öyrənmək üçün azyaşlıya yaxınlaşıblar. Bəlli olub ki, babasına aptekdən dərman almaq məqsədilə evdən çıxan uşaq səhvən başqa marşruta minib və nəticədə yolu azıb. Aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra uşağın valideyn-lərinin tapılması istiqamətində fəaliyyətə başlayan həmkarlarımız onun yaşadığı ünvanı müəyyən ediblər. Azyaşlı babasına təhvil verilib.

Yeri gəlmişkən, Sabunçu RMİ tərəfindən cari ilin birinci yarımili ərzində 1391 obyekt, o cümlədən 797 vətəndaş mənzili mühafizəyə cəlb olunub. İdarə əməkdaşlarının sayıqlığı nəticəsində 11 obyektdə, o cümlədən 2 mənzildə oğurluğa cəhdin qarşısı alınarkən 4, axtarışda olan 1, ictimai qaydanı pozan 25, 10 digər cinayətlə əlaqədar 11 nəfər saxlanılaraq Rayon Polis İdarəsinə təhvil verilib. Qanunsuz saxlanılan silah-sursatların toplanması ilə bağlı “Makarov” tapançasına və “Kalaşnikov” avtomatına məxsus döyüş patronları, həmçinin 8 ədəd ov tüfənginə məxsus 12 kalibrli “sterlinq” patronu aşkar edilib.
Narkotiklə mübarizə tədbirləri nəticəsində iki fakt üzrə 2 nəfərin saxlanılması, həmçinin 3 intihara cəhdin qarşısının alınması təmin edilib.

Teymur Əlizadə,
polis mayoru

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər