Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.08.2021

Maarifləndirmə də bir mübarizədir

Polis əməkdaşları qapalı məkanlarda, ictimai nəqliyyatda və Bakı Metropoliteninin bütün stansiyalarında maska taxmayan və yaxud ondan düzgün şəkildə istifadə etməyən şəxlərlə profilaktik söhbət aparıblar.
Nazirlər Kabinetinin qapalı məkanlarda, ictimai nəqliyyatda, eləcə də metroda maska taxmağın məcburi olması ilə bağlı müvafiq qərarına uyğun olaraq hər kəs tərəfindən bu normaya riayət edilməsinin vacibliyi sərnişinlərin diqqətinə çatdırılıb.
Qeyd edilib ki, tibbi maska tənəffüs yollarını qoruyan fərdi vasitə olduğu üçün ağız, o cümlədən burun nahiyəsini tam olaraq bağlamalıdır və virusla mübarizədə əsas amillərdən biri məhz tibbi maskadan düzgün istifadə edilməsidir. Əgər vətəndaş maskadan düzgün istifadə etmirsə qanunvericiliyin tələbinə uyğun olaraq barəsində inzibati tənbeh tədbiri tətbiq olunur.
Tədbir zamanı vətəndaşların diqqətinə bir daha çatdırılıb ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət profilaktik tədbirlər bundan sonra da metroda və digər sərnişin nəqliyyat vasitələrində davam etdiriləcək.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər