Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.07.2021

Cəmiyyətin aynası

Görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə yaratdığı "Əkinçi" qəzeti bütün Qafqazda əks-səda doğurub. Cəmi 56 nömrəsi işıq üzü görən "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb.
Beləliklə, Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasından 146 il ötür.

Azərbaycan jurnalistikası ötən 146 ildə müxtəlif vaxtlarda ağır sınaqlara məruz qalsa da tutduğu şərəfli yoldan dönməyib. Zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması həyatımızın demokratik istiqamətdə davam etdiyinin göstəricisidir.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər