Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.05.2021

Yaşatmaq üçün qan verdilər

Polis əməkdaşları vaxtaşırı olaraq müxtəlif xeyriyyə tədbirlərində iştirak edir, nəcib təşəbbüslərə qoşulurlar. Bugünlərdə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədilə təşkil olunan qanvermə aksiyası da belə tədbirlərdən biridir.

Ənənəvi olaraq hər il "Qan ver, yaşat!" aksiyasına qoşulan yol polisi əməkdaşları növbəti dəfə qan veriblər. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsində baş tutan aksiyada idarənin rəhbərliyi və bütün şəxsi heyət iştirak edib. Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada ümumilikdə 80 litr qan tədarük edilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarının tələbləri nəzərə alınmaqla keçirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər