Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.04.2021

Şəhid ailələrinə ehtiram göstərilir

Polis əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailələrini və qaziləri evlərində ziyarət edib, Novruz bayramı münasibətilə onları təbrik ediblər.

Şəhidlik zirvəsinə ucalan oğullarımızın, qazi olan qəhrəman hərbçilərimizin yaxınları ilə Mingəçevir, Şuşa, İsmayıllı, Ucar, Beyləqan, Tərtər, Qazax, Tovuz, Ağstafa, Xaçmaz, Qax, Siyəzən, Xızı, Quba Rayon Polis şöbələrinin və Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları görüşüblər.

Həmkarlarımız görüşlərdə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qazilərimizin səhhətilə maraqlanıblar. Vətən müharibəsində ordumuzun qüdrətindən, qəhrəman oğullarımızdan danışan həmkarlarımız onların mərdliyi və şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyini xüsusilə vurğulayıblar. Qeyd edilib ki, onların döyüş yolu gələcək nəsillərdə də iftixar hissi doğuracaq. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərin xatirəsini və adını uca tutmağın, onların doğmalarına, ailə üzvlərinə qayğı göstərməyin mənəvi borc olduğu diqqətə çatdırılıb.
Şəhid doğmaları və qazilər onlara göstərilən qayğıya görə təşəkkür ediblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər