Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.03.2021

Şəhid ailələri bizə əmanətdir Polislər şəhidlərimizin qadın ailə üzvlərini təbrik ediblər

Gəncə Şəhər Baş Polis İdarəsinin, Zaqatala, Ağcabədi, İsmayıllı, Cəlilabad, Masallı, Biləsuvar, Qazax, Xaçmaz, Beyləqan, Tərtər və Ucar Rayon Polis Şöbələrinin, Quba RPŞ Qonaqkənd Polis Bölməsinin əməkdaşları şəhid ailələrinə ba ş çəkiblər.

Onlar Vətən müharibəsində şəhid olan hərbçilərimizin qadın ailə üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Görüşlərdə xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin qəhrəmanlıqları bir daha yad edilib, torpaqlarımızın azadlığı uğrunda fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacaqları qeyd olunub. Daxili Qoşunların hərbi quluqçularının da iştirak etdiyi görüşlərdə vətənpərvər oğul böyüdən və onları Vətənin dar günündə cəbhəyə yola salan analara dərin ehtiram və hörmət ifadə olunub. Şəhid ailələrinin, yaxınlarının dövlətin xüsusi himayəsində olduqlarını nəzərə çatdıran həmkarlarımız şəhidlərdən bizlərə əmanət qalan ailələrin qayğılarının daim diqqət mərkəzində saxlanılacağını vuğrulayıblar. Torpaqlarımızın işğaldan azad edilməsində canından keçən oğullarımızın ailə üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər