Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.03.2021

Haqqın möcüzəsi-Qadın...

Adəm yaranandan onun ömrünə və dünyasına ortaq olub qadın. Eyni günahı və eyni savabı qazanıblar. Sevincləri də kədərləri də bir olub. Cənnətdən yer üzünə də birlikdə qovulublar.Adəm yaranandan onun ömrünə və dünyasına ortaq olub qadın. Eyni günahı və eyni savabı qazanıblar. Sevincləri də kədərləri də bir olub. Cənnətdən yer üzünə də birlikdə qovulublar.Etiraf edək ki, böyük qüvvə olduğuna görə kişilər qadınları boyu bərabərinə gətirməkdən qorxub. Bu qorxu ilə də onu cəmiyyətə zərif və zəif cins kimi təqdim etmişik. Bəzən qadının gücünü, zəkasını, bacarığını yetərincə inkar etməyə çalışmışıq. Əzabkeşliyini, hətta dünyanı idarə etməyə gücünün çatacağını, eləcə də “Hər güclü kişinin arxasında güclü bir qadın var” həqiqətini bilə-bilə varlığına dodaq büzmüşük. Qadın, Ana, dünyaya varlıq gətirən Yaradılmış. Bəlkə də ilahinin hökmü ilə dünyanın ən ağır və xoş əzabına düçar olan, özünü və  ömrünü unudaraq Adəmin davamçıları olan bizləri Füzuli demiş: "Vətəndən-vətənə" gətirən, qanını südə çevirib bəsləyən, günahlardan qoruyan qadının haqqını tapdamışıq da.  “Görəsən qadın zəifdir, zərifdir” deyimini ilk dəfə kim işlədib? Və sonra zaman keçdikcə o gözləri önündə və ya hardasa övlad, ailə, ömür-gün yoldaşı uğrunda şam kimi əriyən, ən böyük fədakarlığa imza atan Ana-qadın ömrünə şahidlik edibmi? Ana laylasıdı, qadın duasıdı, qadın həniridi bu dünyanı dağılmağa qoymayan. Dünyanı qiyamətə qədər qadınlara vermək heç bir kişinin ürəyindən keçməyib və keçməz  də. Gəlin bir anlıq təsəvvür edək ki, dünyanı qadınlar idarə edir. Danışıqlar masası arxasında qadınlar oturarsa nələr baş verər: müharibə olmaz, qan tökülməz, bir sözlə, yer üzünü cənnətə çevirər Qadın. Qadın fədakarlıq mücəssiməsidir. Bu söz ruhumuzdan qopan, dilimizdən çıxan kimi gözlərimiz önünə Azərbaycan qadını gəlir. Dünənlə, bu gün və əlbəttə ki, gələcək arasında özülü möhkəm körpü yaradan qadınlarımız tarixin bütündövrlərində doğulduğu torpağa, yurda bağlılığı ilə özgürlük salnaməmizə möhürünü vurub.Birinci və ikinci dünya müharibəsi, eləcə də 1988-ci ildən sonra ərazi bütövlüyümüz uğrunda zehnini, zəkasını, ipini, cəhrəsini Vətən və cəbhə üçün səfərbər edən qadınlarımızın adı tariximizə qızıl hərflərlə yazılıb. Həyatımızın rahatlığını təmin edən bir çox kəşflərə görə bəşəriyyət qadın ixtiraçılara borcludur. “Harvard Model-1” adlı iri ölçülü kompüter”, “Radioaktivliyin bərpası”, “Gizli rabitə sistemi”, “Optik analiz sistemləri”, “Günəş enerjisi ilə isitmə  sistemi”, “Lazer üsulu ilə göz əməliyyatı”, “Şüşə təmizləyici fırçalar”,  “Bez”, “Elektrik mişarı”, “Rəngli fişənglər”. Bu elmi kəşflərə qadınlar imza atıblar.   Azərbaycan qadını da dünən olduğu kimi bu gün də müstəqil ölkəmizin inkişafı, dünyanın lider dövlətləri sırasına qatılması, tarixi həqiqətlərimizin beynəlxalq aləmdə tanınması istiqamətində əsl fədakarlıq göstərir, idmanda, təhsildə, dövlət idarəçiliyində, asayişin mühafizəsində, cinayətkarlıqla mübarizədə qazandığı uğurlarla  müstəqilliyimizin dayaqlarının daha da möhkəmlənməsinə töhfəsini verir.Tarlada toxa döyən, alaq alan, şaxtada, istidə yolları süpürüb ailəsinə çörək aparan, zehnini, əsəbini, sevgisini  gələcək Azərbaycanın qurucularının yolunda fəda edən, yaramıza məlhəm qoyan, Vətənə əsgər böyüdən Azərbaycan Qadını biz sənin əllərindən öpürük. Təkcə 8 mart deyil, hər gün sənin günündür. Hər doğan günəşdə sənin hərarətin var. Və bu gün dünyaya ağalıq etmək istəyənlərə, dünyanın qadın adlı cənnətinə əzab və işgəncə verib onu cəhənnəmə çevirənlərə üzümüzü tutub deyirik: Hansı dildə səslənirsə-səslənsin, yazılırsa-yazılsın, Ana sözü müqəddəsdir və sülh rəmzidir. Gəlin Ana qəlbini ölməyə qoymayaq, gəlin bütün dünyanın analarını qoruyaq...Hafiz Təmirov, polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər