Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.03.2021

8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN QADIN ƏMƏKDAŞLARINA VƏ HƏRBİ QULLUQÇULARINA

Hörmətli həmkarlar!
Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm!
Hər zaman cəmiyyətin mənəvi dayağı olan, saflığı, işgüzarlığı və sədaqəti ilə seçilən Azərbaycan qadınının zəngin mədəni-mənəvi irsimizin qorunub saxlanılmasında müstəsna xidmətləri vardır.
Öz potensialını davamlı inkişafda olan müstəqil Azərbaycanın qüdrətlənməsinə, xalqın rifahına sərf edən, ölkəmizin ictimai həyatında, dövlət idarəçiliyində mühüm rol oynayan qadınlar quruculuq prosesinin fəal iştirakçısıdır.
Azərbaycan qadınının ictimai-siyasi, iqtisadi və sosial sahələrdə səyləri, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında önəmli xidmətləri ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Daxili işlər orqanlarında və Daxili Qoşunlarda çalışan qadınların da öz məsul vəzifələrini layiqincə yerinə yetirmələrini, xidmətdə əldə edilən uğurlarda böyük əməyini xüsusi qeyd edir və əmin olduğumu bildirirəm ki, siz, əzmkar və səmərəli fəaliyyətinizlə respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəksiniz.
Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, xidmətdə uğurlar
arzulayıram!
Bayramınız mübarək olsun!

Vilayət Eyvazov,
Azərbaycan Respublikasının daxili işlər naziri,
general-polkovnik

Geriyə Çap et


Faydalı keçidlər
Linklər