Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.10.2020

Ön cəbhənin gücü arxa cəbhədir

Otuz illik həsrətin sona çatmasında daxili işlər orqanları əməkdaşlarının da payı var
Fövqəlada vəziyyətin elan olunduğu ilk gündən arxa cəbhədə sabitliyin, ictimai asayişin qorunması və hər hansı təxribatın baş verməməsi üçün hüquq mühafizə orqanları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda, o cümlədən Bakıda qurulan postlarda polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə saat 21:00-dan ertəsi gün 06:00-dək xidmət aparırlar. Bu müddət ərzində piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir. Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülür.

Zeyni Hüseynov,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər