Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.08.2020

Adı “Azərbaycanlı” olanlar

Almaniyadan doğulduğu torpağa “hücuma” keçmiş, guya öz aləmində hakimiyyətin qəniminə çevrilmiş, özgələrin əmrinə müntəzir olan birinin pandemiya ilə mübarizədə gecəsini gündüzünə qatan, ailəsinin belə qayğıları ilə maraqlanmağa vaxt tapmayan, vətəndaşların sağlamlığı üçün öz canını qurban verən həkimlərimizlə birgə gözəgörünməz düşmənlə savaşda ömrü ilə ölümü arasındakı məsafə bir göz qırpımından az olan Azərbaycan Polisi haqqında yazdıqlarını oxuyandan sonra bir daha əmin oldum ki, suyun üzündə gəzmək üçün İsa olmağa ehtiyac yoxdur. Həqiqətləri görməkdən ötrü insanın bəsirət gözünün açıq olması mütləq imiş.
Dünyanın inkişaf etmiş güclərinin sırasına qədəm qoyan Qafqaz ölkəsinin varlığına diş qıcayanlar sərhədlərimizdən kənarda çox olsa da onların təsiri hiss olunmaz dərəcədə idi. Lakin SSRİ dağıldıqdan sonra həm onun tör-töküntülərinin, həm də xarici kəşfiyyatın içimizə sızdırıdıqlarının çevrəsi genişləndi və sapı özümüzdən olan beşinci kolonçular kabusu formalaşdı. Müstəqilliyimizə yenicə qovuşduqdan sonra baş verənlər, dövlət çevrilişləri, dövlət xadimlərinə edilən sui-qəsdlər əsası iyirminci əsrdə qoyulan və iyirmi birinci əsrdə ustalıqla həyata keçiriləcək planların “əlifbası” idi.
Lakin onların “düzəni”ni Azərbaycanı bölünməkdən və parçalanmaqdan qoruyan, milliyyətindən və dinindən asılı olmayaraq hər kəsi bir bayraq altında birləşdirən ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası darmadağın etdi. Sabitliyin qarantına çevrilən ümummilli liderin daxili siyasətinin prioritetini ölkədə əmin-amanlıq mühitinin yaradılması təşkil edirdi. Müharibə şəraitində yaşayan bir ölkənin dünyanın böyük neft şirkətlərini təmsil edən dövlətlərin tərəfdaşına çevrilməsi bölgədə sülhün bərqərar olmasına zəmin yaratdı.
Və bu gün hədəflərinə doğru irəliləyən, pandemiya dövründə belə yardıma ehtiyacı olanlara qucaq açan, həm xaricdən, həm də daxildən gələn bəlaların vaxtında qarşısını alan, sərhədlərini pozmağa cəhd edərək təxribat yaratmaq istəyən düşməni yerinə oturdan dövlətin siyasi nüfuzunun günü-gündən güclənməsi, müdafiə deyil, hücüm diplomatiyası və hər zaman acı olan həqiqətlərlə “Qarabağ Azərbaycandır və nida” deyib xalqına arxalanaraq dünyanı gerçəklərin gözünə düz baxmağa vadar edən liderin Qafqazın ən güclü ordusu ilə birgə yaxın zamanda Qələbə tarixini yazacağı gün uzaqda deyil.
Xaricdən və daxildən Azərbaycanı istəməyənlərin də əsas qorxusu budur. Adı “azərbaycanlı” olanın şəri, böhtanı başadüşüləndir. O, bunu etməyə məcburdur, çünki onu idarə edənin istəyi, tələbi ilə hərəkət edir. Ən diqqətçəkən məqam isə bu satılmışların Azərbaycan Polisini hədəf götürməsidir.
Əgər illər öncə sərhədlərimizdən kənarda Vətənimiz haqqında “Orda müharibə gedir, yaşamaq üçün yetərincə şərait yoxdur, sabitlik deyil” kimi ifadələrə rast gəlinirdisə, bu gün tam əksini, özü də həmin fikirləri səsləndirənlərin ölkəsində yaşayan, Azərbaycana turist kimi gələnlərdən eşidirik. Multikultral dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət hissi ilə idarə olunan dövlətdə bu gün kimsə dilinə, dininə və milli mənsubiyyətinə görə təqibə məruz qalmır. Konstitusiyamızda əksini tapan hüquqlar birbaşa şəxsin müdafiəçisidir. Bütün strukturlarda innovativ inkişaf, süründürməçiliyə son, özünü təsdiq üçün yaradılan imkanlar dövlətlə vətəndaş arasında daha sıx təmasın qurulmasına xidmət edir. Bu mənada, polis qeyd etdiyimiz kimi hər zaman əl çatandır. Sabitliyi, əmin-amanlığı qorumaqla bərabər polis həm də vətəndaşın maarifləndirilməsində mühüm rol oynayan quruma çevrilib.
Adı “azərbaycanlı” olanlardan Azərbaycan Polisinin bir fərqi də budur ki, o, vətəndaşın cangüvənliyi üzərindən pul qazanmır. Onlar isə düşmənlərimizlə bazarlığa gedir və ən iyrənc yollara əl atırlar. Amerikadan “günahkar Bakı”dır deyən birinin satqınlığının dərəcəsini ölçmək üçün təəsüf ki, bir cihaz ixtira olunmayıb. Əli atasının qanına batan düşmənin nümayəndəsinə “həmkarım” deyərək yarınanın, mənlik şüuru da əcnəbiləşən qaragüruhçünun çaldığı zurnanın kimin nəfəsi ilə üfürüldüyü də bəllidir.
Səsi xaricdən gələnlərin sözünə əsgərinə dəstək yürüşünə çıxan Vətən sevdalıları nə qulaq verər, nə də ki, önəm. Bu xalq yaxşı bilir ki, özünü, adını, daşıdığı qanı satanlar, hər an doğulduğu torpağı, Vətəni də satarlar. Əgər belə olmasaydı Tovuz hadislərindən sonra xaricdə fəallaşan haylarla mübarizədə “adı azərbaycanlı olan” satılmışlar da hər bir şeyi kənara qoyub Azərbaycan naminə lobbimizə dəstək nümayiş etdirərdilər. Ermənilərin xaricdə törətdiklərinə qarşı susqunluq sərgiləməklə özlərini ifşa etdilər, dəyirmanlarına gələn suyun hardan gəlməsi məlum oldu və maskaları cırıldı. Onlar hələ yüz il bundan sonra belə danışa bilməyəcəklər, çünki mövzu Vətəndir. Çünki Azərbaycan hədəfi doqquzluqdan vurub...
Yazımın başlığı xəyalımı yaxın keçmişə çəkdi və Azərbaycan uğurunda döyüşən oğulların sırasında adı azərbaycanlı olmayanları xatırladım. Bu gün onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Şəhid oğullarımızın sırasında onların da xatirıəsini hörmətlə anır və unutmuruq.

1. Yuri Petroviç Kovalyov (Xüsusi Təyinatlı Milis Dəstəsinin milis nəfər, milis starşinası) 29.11.1965—03.09.1991 (25 yaş)
2. Albert Aqarunoviç Aqarunov (AR Müdafəi Nazirliyinin hərbi qulluqçusu, tank komandiri) 25.04.1969 - 08.05.1992 (23 yaş)
3. Anatoli Nikolayeviç Davidoviç (AR Silahlı Qüvvələrinin hərbi qulluqçusu, mayor) 28.03.1965—13.06.1992 (27 yaş)
4. Ruslan Aleksandroviç Polovinko (AR Hərbi-Hava Qüvvələrinin hərbi qulluqçusu, leytenant) 21.10.1969 - 06.08.1992 (22 yaş)
5. Sergey Aleksandroviç Senyuşkin (AR Hərbi-Hava Qüvvələrinin hərbi qulluqçusu, mayor) 15.09.1957 - 29.02.1992(34 yaş)
6. İqor Vladimiroviç Makeyev (AR daxili işlər orqanlarının əməkdaşı, sıravi) 27.10.1971 - 02.08.1992 (20 yaş)
7. Viktor Vasilyeviç Seryogin 23.04.1944 - 28.01.1992 (47 yaş)
8. Sergey Murtuzəliyeviç Murtuzəliyev 17.11.1963 - 30.08.1993 (29
yaş).

Adı “azərbaycanlı” olub Vətənə xəyanət edənləri isə nə tarix bağışlayacaq, nə də ki, Azərbaycan xalqı.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər