04.08.2020
Erməni terroru: dünən və bu gün
Türkmənçay müqaviləsindən sonra 1828-1896-cı illərdə İrandan və Türkiyədən Azərbaycana köçürülən ermənilər Göyçə, Dərələyəz, Vedi, Ağbaba mahallarına, İrəvan şəhərinə, Qarabağ və Gəncə quberniyalarında yerləşdirildilər.
Qısa zaman kəsiyində onların namərd xisləti özünü göstərdi. Torpaqlarımızda məskunlaşan haylar havadarlarının köməyi ilə dövlət qurmaq üçün həm də təşkilatlandılar.
Belə ki, «Böyük Ermənistan» dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnçak» və «Daşnaksütyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından zaman-zaman geniş istifadə etdilər.
XX əsrin əvvəllərində, 1905-1907-ci və “Bakı heç vaxt Azərbaycanın paytaxtı olmayacaq”,-deyən Stepan Şaumyanın rəhbərliyi ilə 1918-20-ci illərdə erməni terrorçuları Naxçıvanda, Şamaxıda, Qubada və digər yerlədə terror aktları həyata keçirərək 2 milyona yaxın azərbaycanlını qətlə yetirib, tarixdən silinməyən vəhşiliklər törətdilər. 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi. Sonrakı illərdə Qazaxın dağlıq hissəsi – Dilican ərazisi, 1927-ci ildə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, 1929-cu ildə Zəngəzurun Nüvədi, Tuğut və Yernəzir kəndləri, Naxçıvandan 9 kənd Ermənistana verilmişdir.
Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər nazirləri – Fətəli xan Xoyski və Behbud xan Cavanşir də erməni terrorunun qurbanı olmuşdur. Soyqırımlarla yanaşı, xalqımız erməni millətçilərinin əli ilə deportasiyalara da məruz qalmışlar. 1948-1953-cü illərdə azərbaycanlılar tarixi torpaqlarımızdan deportasiya edilərək Kür-Araz ovalığına zorla məskunlaşdırılmışlar.
1970-80-ci illərdə ASALA və digər terror təşkilatlarının 22 ölkədə 235-dən çox terror aktı törətməsi və 24 türk diplomatını qətlə yetirməsi də hər kəsə məlumdur.
1988-ci il deportasiyasından sonra Ermənistan monoetnik dövlət kimi “tarixə” düşdü. 1992-ci ilin fevralında Xocalıdakı qətliam isə təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı törədilmişdi.
Bu gün möhtərəm Prezidentimizin səyi nəticəsində hücum diplomatiyamız işə düşüb və Azərbaycan həqiqətləri dünyada əks-səda doğurub. Elə bu günlərdə Tovuzda dövlət sərhədlərimizin pozulmasına yönəlik erməni təxribatı sübut etdi ki, terroru konstitusiyasında təbliğ edən, qədim Azərbaycan torpaqlarında qurulan Ermənistan adlı dövlət nəinki Qafqazın, bütün dünyanın bəlasına çevrilib. Onu susdurmaq və yer üzündən silmək an məsələsidir. Bunu həyata keçirməyə bütün hüquqlarımız var. Əgər siyasi və diplomatik yolla Qarabağ məsələsi öz həllini tapmasa, o zaman Azərbaycan terrorla mübarizədə çox amansız olacaqdır. Bu isə terror dəstəkləməyən “dövlətin” sonu deməkdir.
T.Hafiz
R.Əliyeva