Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.05.2020

Əməkdaşləğa qərar verildi

Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Etika Akademiyası müasir gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan əxlaqi dəyərlər, etik davranış qaydaları, bacarıqların inkişafı və s. mövzularda zabit, eləcə də təhsilalanlara təlimlərin keçirilməsi barədə əməkdaşlığa qərar verib.

Müzakirələr onlayn aparılıb və son ixtiralara əsaslanan “Müasir etika və daxili bacarıqların inkişafı” mövzusunda təhsilalanların maarifləndirilməsi məqsədəuyğun hesab edilib.
Etika Akademiyasının rəhbəri Günel İbrahim etika və daxili mədəniyyətin inkişafına göstərdiyi, o cümlədən verdiyi dəstəyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, mövcud karantin dövrü başa çatdıqdan sonra razılaşdırılmış proqram çərəçivəsində təlimlərə start veriləcək.
Etika Akademiyası peşəkar və yüksək davranış qaydalarını öyrədən mərkəzdir. Mərkəzin əsas məqsədi etik prinsipləri iş mühitinə aşılamaq, müasir və yüksək standartlara cavab verən kadrlar formalaşdırmaqdır.
Məlumat üçün bildirək ki, Etika Akademiyası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Prezidenti yanında QHT dəstək Fondu, Gənclər Fondu, Bakı Şəhər Təhsil İdarəsi, Ədliyyə Akademiyası, Paşa Holdinq və bir sıra digər qurumlarla da əməkdaşlıq edir.
Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər