Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.05.2020

Ümummilli lider Heydər Əliyevin 97-ci il dönümüdür biz ona-xilaskarımıza borcluyuq

Biz Heydər Əliyevə borcluyuq. Cəsarətimə və hər kəsin bildiyi bu Həqiqətə sığınıb fikrimi daha da qətiləşdirmək istəyirəm. Ona görə borcluyuq ki, XX əsrdə yox olmaq təhlükəsi ilə üzləşən dövlətə, başsız qalan xalqa XXI əsri görməyi nəsib etdi. Kremlin nəfəs kəsən, səs udan divarlarını yıxıb, “Mən azərbaycanlıyam, mən o torpağın oğluyam” nidasını hər oğul hayqırmaq gücündə, qüdrətində deyildi. O, sovetlər ölkəsində “hər kəs bərabərdir” şüarının alt qatındakı gizlinləri yaxşı bilirdi. Və bilirdi ki, bu bərabərlik əgər Kremldə pozulurdusa, ona milli kimliyinə görə haqsız hücumlar olurdusa, deməli, sadə xalqı çeynəmək, qısnamaq yuxarıların əlində çətin deyildi.
SSRİ-nin çöküşü, əslində, Azərbaycandakı duruma elə də ciddi təsir etməyəckdi. Çünki iqtisadi dayaqları yetərincə möhkəm olan, zavod və fabriklərin, emal müəssisələrinin var gücü ilə işləməsi müstəqilliyinə qovuşan ölkənin sabahının daha qüdrətli olacağından xəbər verirdi. Bütün bunlar isə məhz onun sayəsində mümkün olmuşdu. Bu tarixdir, bu gerçəklikdir. Lakin sonradan Moskvadan idarə olunan siyasi dairələrin Heydər Əliyev yadigarlarına hücümları, Azərbaycanda süni şəkildə yaradılan çaxnaşmalar bizi olum və ölüm mücadiləsi ilə üzbəüz qoydu.
Çökən iqtisadiyyat, bir parça çörəyə möhtac olan xalq, bu gündən sabahı görünməyən məmləkətin əldən gedən dövlətçiliyi...
Amma yenə də O...
1990-cı il hadisələrindən sonra Moskvadakı nümayəndəliyimizə gəlişini əks etdirən kadrları yəqin ki, hər kəs görüb. Gedəcəyi yerdə öldürüləcəyini və ya sağ çıxacağını bilməyə-bilməyə o addımı atmaq doğulduğu torpağa, canından əziz bildiyi xalqa sevgi, cəsarət və qətiyyət deyildimi?
Aciz duruma düşəndə, təklənəndə, gücü yetməyəndə uşaq valideyninə, doğmasına sığınar. Bu Xalq da, bu Vətən də dar günündə Ona sığındı, Ondan imdad dilədi. Bu xalqdan savayı onun kimi vardı ki?
Gümanımız yüz yerə getsə də İnamımız bizi Ona doğru apardı. “Heydər baba, xalqı bu bəladan qurtar”,-dedik. Bir qartal misalı əzəmətli qanadları ilə səni, məni, bizi və Vətənimiz Azərbaycanı qucaqladı ulu öndər...
Gözünün nuru, qolunun gücü, dizinin təpəri, yenilməz inadı idi bu torpaq. O, Vətəninin daha da qüdrətlənməsi üçün əlindən gələni etdi. Ən əsası, ömrünü xalqına bağışladı...
Tarixi yenidən yazmaq fikrim olmasa da ağ varaqlara ürəyimi boşaltmaq istədim. O, Azərbaycanın, Azərbaycan da Onun əbədi sevdasıdır.
Milyonların yaddaşımda bir ad var,
Dünən olub və olacaq, nə qədər ki, həyat var.
Heydər baba!
Bu vətənin, bu torpağın Heydər oğlu,
Qeyrət oğlu, hünər oğlu, əsgər oğlu.
Harda olsaq adı belə bizə arxa, kömək olar.
Hara baxsaq Heydər baba zirvəsini görmək olar.
O gəlməsə, dünya bizi unudardı,
O gəlməsə, silinərdik xəritədən.
O gəlməsə, düşmənlərə yem olardı,
Qoca millət, qoca tarix, Azərbaycan adlı Vətən.
Bu gün ondan miras qalan Vətən adlı əmanət var,
Heydər adı çəkilirsə, demək, orda məhəbbət var,
Yurd-yuvaya sədaqət var!
Ulu öndər!
Sənsiz keçən hər günümüz bir ömürlük həsrətdi hey....
Bu yoxluğun içimizi göynətdi hey...
Nə yaxşı ki, xatirən var: isti, həlim, doğma, əziz!
Nə yaxşı ki, bu gün yenə Heydər baba deyirik biz!

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər