Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.02.2020

İlk qar

Bu il ilk qar çox gecikdi. Dağlar, düzlər ağ örpəyə bürünüb könülləri oxşadı. İlk qarın sevinci qışın soyuğunu, şaxtasını da unutdurdu.

Ulduz tək üstümə səpələnən qar,
Geydirdin əynimə bu soyuq donu.
Sənin ki, bu qədər gözəlliyin var,
Bağışlamaq olar soyuqluğunu – deyən xalq şairi Musa Yaqub haqlı imiş…
Əslində qar yağanda kiçik, böyük fərq etməz hər kəsin könlü sevinclə dolur, ruhu bir ayrı havaya köklənir. Qarın, şaxtanın soyuğu bəzi problemlər yaratsa da bu uzun sürmür və sonunda bolluq, bərəkət nişanəsi kimi təskinlik tapır insan. Kiçik çillə özünü şıltaqlığı ilə təqdim edir təbiətə.
Bu il qar fevralda yağdı. Həmin il də fevral qarlı idi.
1992-ci ilin fevral ayından sonra qar yağışı biraz ayrı cür görünür mənə. Bilmirəm qar yağanda sevinim ya kədər yağmurundan qurtulum. Tarixin böyük çiləsi təbiətin kiçik çilləsi ilə müqayisəolunmazdır. Yenə xəcalət təri ilə ürəyimi ağ kağıza boşaldıram. Nə qədər faciələrimizin çiləsi ilə yaşayaq. O qarlı fevraldan sağ çıxanlar inanmıram qar yağanda sevinə. İnanmıram ki, Xocalıdan olan kimə qarın sevincini sevinərək paylaşa. Həmin gün dağlara, dərələrə səpələnmiş soydaşlarımız kiçik çillənin soyuğundan çıxar-çıxmaz dona-dona sinələri dağlanmış şəkildə ölümdən qurtulmaq üçün uzun bir yol keçdilər. Ancaq qarlı yolların, ləpirlərin geriyə dönüşü olmadı.
Beynəlxalq təşkilatların nağılları 1988-ci ildən başlayan yurdumun qışı, xalqımın çiləsi bizim isə sülhə, barışığa olan inamımız. bitmir. Qələm yazmaqdan, dil söyləməkdən, ürək qubardan yorulub. Yorulub, amma bir qığılcıma bənddir ki, birdən alovlansın.
Bu il də sevinə bilmədim qar yağışına. Yəqin ki, təbiət bağışlayar. Amma sevinəcəyik.
Bilirəm ki, qışın soyuğundan, yayın qora bişirənindən qorxmayıb Lələtəpəyə bayraq sancan Azərbaycan əsgəri bizi Xocalıya aparacaq…

Afət Babayeva,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər