Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.02.2020

Azərbaycan prezidentindən işğalçıya tarixi dərs

Valday məğlubiyyətindən sonra Münxendə ikinci şoku yaşayan Paşinyan ölkəsinin deyil, həm də dünyanın gülüş hədəfinə çevrildi. Böyük siyasətdən yolu düşməyən birinin Qarabağ münaqişəsinin həllinə yönəlmiş mühüm tədbirdə fikir yürütməsi, əlbəttə ki, onun çətin duruma düşməsi ilə nəticələnəcəkdi. Danışıqlar prosesindən uzun illər kənarda qalan, Ermənistanı dilənçi vəziyyətdən çıxarmaq üçün xaricdəki lobbiyə sığınan baş nazir elə ilk raunddaca rabitəsiz danışdığı ingilis dilində işğalçı olduqlarını və bu gün üstündə dövlət qurduqları torpağın Azərbaycana məxsus olduğunu etiraf etdi. O, ümidli idi ki, yalanlarına dünyanı inandıracaq. Ancaq belə olmadı. Onun qondarma “fakt”larına Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin dünyanın bildiyi və təsdiq etdiyi həqiqətlərlə cavabı debata möhürünü vurdu.

Prezident İlham Əliyev uzun illərdir ki, Qarabağ “düyünü”nün “çözülməsi”nə çalışan, lakin ikili standartlarla Azərbaycana təzyiqlər edən güclərə də “Azərbaycan xalqı Şuşaya və digər işğal olunmuş bölgələrə qayıtmalıdır” mesajını ünvanladı. Bu mesajın sonunda Valdaydakından daha qüdrətli və əzəmətli Nida vardı...
Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir həqiqəti dünya gündəmini yenidən zəbt etdi. Həmin gün Münxen Azərbaycan diplomatiyasının Ön xətti, Ön cəbhəsi idi. Meydanda isə Ali Baş Komandan İlham Əliyev idi. Öz xalqına, tarixin ona verdiyi haqqa güvənərək, beləcə, işğalçıya həddini bildirən liderimizin qətiyyəti, Azərbaycan ərazisində ikinci “erməni dövləti”nin yaradılmasına barışmaz mövqeyi bizi-Azərbaycan xalqını yaxında, özü də çox yaxında olan Qələbəyə inandırdı.

Siyasət meydanında Azərbaycan qalibdir. Döyüş meydanında isə: “Əmrinə hazıram, Ali Baş Komandanım”,- deyən Azərbaycan əsgəri düşmənə sonuncu məğlubiyyət acısını daddırmaq, Azərbaycan bayrağını işğaldan azad olunmuş torpaqlara sancmaq üçün əli tətikdə gözləyir.
Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər