07.02.2020
Alovla savaşa atılan həm də polislər idi
Fevralın 7-də səhər saatlarında Qubanın ucqar dağ kəndlərindən olan Qarxun kəndi ərazisində yerləşən bir neçə fərdi yaşayış evində yanğın baş verib. Dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon mərkəzindən təxminən 75 km aralıda yerləşən kəndə yollanıblar.
Asayiş keşikçiləri yanğının baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun qarşısının alınması və digər yaşayış evlərinə keçməməsi üçün onlar FHN əməkdaşlarına və kənd sakinlərinə köməklik göstəriblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır.
Nizam Həmidov,
polis baş leytenantı