13.02.2020
Yolda qalan olmadı
Respublikanın bir çox bölgələrində olduğu kimi Astaraya da güclü qar yağıb. Bu cür hava şəraitində xidmət aparan Astara RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolda qalan sürücülərin və buz bağlamış yolları keçməkdə çətinlik çəkən piyadaların köməyinə çatıblar. Onlar yolların təmizlənməsində, qum və duz səpilməsində də fəallıq nümayiş etidirib, gün ərzində hərəkət axınını tənzimləyərək yolayrıclarında nəqliyyat sıxlığının qarşısı alıblar. Polislər qış təkərləri və texniki cəhətdən hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.
Məhəmməd Rzayev,
Polis baş leytenantı