Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

28.12.2019

Daxili İşlər Orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə

Hörmətli həmkarlar!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yola saldığımız 2019-cu il ölkə həyatının bütün sahələrində dinamik inkişaf, köklü islahatlar, xalqın rifah halının yüksəlməsi ilə səciyyəvidir.
Tərəqqi və quruculuq işləri üçün əsas şərt olan ictimai-siyasi sabitlik daha da möhkəmləndirilmiş, xalqımız əmin-amanlıq şəraitində yaşayıb yaratmışdır. Digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə asayişin və daxili təhlükəsizliyin qorunması ilə bağlı mühüm funksiyalar layiqincə həyata keçirilmiş, xidməti vəzifələrin icrasında xüsusilə fərqlənən bir qrup əməkdaş və hərbi qulluqçu dövlət mükafatlarına layiq görülmüşdür.
Bu gün möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti böyük əzm və qətiyyətlə cinayətkarlığa qarşı mübarizə aparır, vətənpərvərliyi və anda sadiqliyi ilə seçilir.
Əziz həmkarlar!
Əminəm ki, vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, möhtərəm Prezidentin, Ali Baş Komandanın yüksək etimadını doğruldacaqsınız.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti, həmçinin hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşların və hərbi qulluqçuların ailə üzvlərini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni nailiyyətlər arzulayıram.
Bayramınız mübarək!

Vilayət Eyvazov,
Azərbaycan Respublikasının Daxili İşlər naziri,
general-polkovnik

Geriyə Çap et


Faydalı keçidlər
Linklər