Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.12.2019

Əcnəbi dil bilmək üstünlüyümüzdür

Rayondakı şirkətlərdən birində çalışan inşaat üzrə əcnəbi mütəxəssisin xəsarət alması ilə bağlı Mərkəzi Xəstəxanadan Kürdəmir Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi, məsələni araşdırmaq üçün İctimai Təhlükəsizlik Bölməsinin inpektoru polis baş leytenantı Asif Əhmədov onun yanına yollanıb.
Marsel Birniştin həmvətənlərinin də orada olduğunu görüb, səlis alman dilində salamlaşıb, xəsarət alana tezliklə sağalmasını arzulayıb. Polis əməkdaşının bu bacarığı onlarda xoş təəssürat yaradır. Hadisə haqqında müfəssəl məlumat veriblər. Alman dilində toplanmış materialların tərcüməsi ilə birgə məruzə olunması rəhbərliyin də çox xoşuna gəlib.

Həmsöhbətim sözünə alman mütəfəkkiri Hötenin sözləri ilə başladı: -“Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında heç nə bilmir”. Və Consonun fikri ilə davam etdi: “Dil fikrin libasıdır”. Hər bir insan xarici dillə maraqlanmalı, ən azından biri ilə tanış olmalı, öyrənməlidir”,-dedi.
Söhbət əsnansında öyrəndim ki, o, İsmayıllının Mican kəndində doğulub. Orta təhsilini boya-başa çatdığı kənddə alıb. Şagird ikən alman şairi, dramaturq İohanVolfqanq Hötenin yaradıcılığı ilə tanış olub, onun dünyaca məşhur əsərlərni oxuduqdan sonra alman dilinə, ədəbiyyatına olan marağı artıb. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filiologiya fakültəsinə qəbul olunub. Həmin fakültənin alman dili və ədəbiyyatı ixtisasını seçib. Elmə, biliyə həəvəsi ilə fərqlənib. 2011-ci ildə keçirilən 26-cı respublika fənn olimpiadasında Alman dili üzrə qalib olub.

Təhsilini başa vurduqdan sonra Almaniya-Azərbaycan Xarici Ticarət palatasında işə düzəlib. Bir müddətdən sonra daxili işlər orqanlarında xidmət etmək arzusu ilə sıralarımıza üz tutub.
Amma elmi fəaliyyətdən də əl götürməyib. Bir qədər boş vaxt tapan kimi yaradıçılıqla məşğul olur. Alman atalar sözlərini, zərb-məsəllərini toplayıb, dilimizə çevirir, bu mövzuda elmi iş üzrə çalışır. A.Əhmədov deyir ki, Alman-Azərbaycan lüğəti mövcud olsa da, Azərbaycan-Alman dilində müfəssəl lüğət yoxdur.
Hazırda o, bu boşluğu aradan qaldırmaq üçün 65 min söz və söz birləşməsindən ibarət olacaq Azərbaycan-Alman lüğəti üzərində çalışır. İşin 90 faizini də başa çatdırıb, yaxın vaxtlarda bu kitabı tatamlayıb, nəşr etdirməyi düşünür.
Söhbətimizn yekununda qeyd etdi ki, çox dil bilmək üstünlüyümüzdür, həm də mədəniyyətdir. Sevindirici haldır ki, artıq daxili işlər orqanları əməkdaşlarının da əksəriyyəti iki və daha artıq dil bilir, ölkəmizə üz tutan əcnəbilərlə onların dillərində sərbəst danışa bilirlər.
Toğrul Nəsirli,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər