Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.12.2019

“Tütünlə mübarizə aylığı” keçirilir

Polis Akademiyasında “Tütünlə mübarizə tədbirlərinin monitorinqi” mövzusunda tədbir keçirilib. Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev Daxili İşlər Nazirinin polis əməkdaşlarının sağlamlıq vəziyyətini daim diqqət və nəzarətdə saxlaması, bu məqsədlə verilmiş müvafiq əmr və göstərişlər, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun”un icrası ilə əlaqədar Akademiyada görülən işlər barədə məlumat verib.
Sonra Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadəyə, Tofiq Musayev, Laura Quliyeva, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Rafiq Nəcəfquliyev öz çıxışlarında tütün məmulatlarından istifadənin insan orqanizminə vurduğu zərərlər və bunun nəticəsində ölümün statistikasında nəzərə çarpacaq dərəcədə dəyişikliyin əmələ gəlməsi barədə məlumat verib, Akademiyada hal-hazırda elan edilmiş “Tütünlə mübarizə aylığı” çərçivəsində aparılan tədbirlərin təqdirəlayiq olduğunu qey edib, zəruri məsələlərə toxunublar.
Tədbirə yekun vuran Polis general-mayoru Nazim Əliyev xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasının kursantlarının birgəyaşayış tərzini nəzərə alaraq zərərli vərdişlərə qarşı belə profilaktiki görüşlərin davamlı keçiriləcəyini deyib.
Tədbir zamanı mövzu ətrafında hazırlanmış maraqlı slaydlar nümayiş etdirilib. Sağlam həyat tərzini təbliğ edən, zərərli vərdişlərə qarşı hazırlanmış bukletlər paylanılıb, eyni zamanda bütün kurslarda siqaretin tərgidilməsinin asan yolu və zərəri ilə bağlı videoçarx göstərilib.
Tədbirlər davam etdirilir.


Natiq Abdullayev,
polis kaspitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər