Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.12.2019

Oxuyaq və əməl edək

“Evdən çıxarkən qapınızı asma qıfılla bağlamayın. Bu, o deməkdir ki, siz evdə yoxsunuz. Oğrular da bundan istifadə edib oğurluğa cəhd göstərərlər. Pul və qiymətli əşyalarınızın yerini ailə üzvlərinizdən başqa kənar şəxslər bilməməlidir. Azyaşlıların, qohum və qonaqların evdə olduqları vaxt pul və qiymətli əşyaların saxlanc yerinə qoyulub-götürülməsi hallarına yol verilməməlidir. Evlərinizi və obyektlərinizi qorumaq üçün mühafizə polisi ilə müqavilə bağlamaq, bu mümkün olmadıqda, ətrafında kamera quraşdırmaqla mühafizəni təmin etməyiniz məsləhət görülür”.
Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən rayon ərazisində müxtəlif məkanlarda yerləşdirilən maarifləndirici lövhələr sakinlərin marağına səbəb olub və polisin bu işini təqdir ediblər.
Məsələ ilə bağlı Xaçmaz RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov sözügedən çağırışı əks etdirən lövhələrin şöbənin qarşısında, insanların daha gur toplaşdığı yerlərdə, bazarlarda, böyük marketlərdə, məktəblərdə vurulduğunu dedi.
Şöbə rəisi bu istiqamətdə kəndlərdə təbliğatın qurulmasında sahə rəisləri ilə ictimai şura üzvlərinin də fəallığını diqqətimizə çatdırdı və bildirdi ki, vətəndaş məmnunluğu üçün görülən hər bir iş, fəaliyyət cəmiyyətdə təqdir olunur və bu da bizi Vətənə, xalqa xidmət etməyə, işimizdə dönüş yaratmağa ruhlandırır.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər