Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.12.2019

Bilik və bacariqlarini əsirgəmirlər...

Təqaüdə çıxsalar da cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nəzəri və praktiki biliklərlə, illər boyu qazandıqları zəngin təcrübə ilə veteranlarımız daim yanımızdadırlar. Əlləri işdən-gücdən soyumayan bu insanlar polis və vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsində yaxından çalışır, ictimai təhlükəsizliyin təminində, cinayətlərin qarşısının alınması və profilaktikası məqsədi ilə ərazi polis orqanlarında, nizami hissələrdə gənc əməkdaşlara əməli köməklik göstərilməsində iştirak edirlər.Veteranlarımız yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah və intihar hallarının qarşısının aınması məqsədilə ərazi polis orqanlarının təmsilçiləri ilə birgə vətəndaşlarla görüşlər keçirir, hüquqi mövzularda maarifləndirmə işləri aparır, gənc nəslin sağlam ruhda yetişmələri üçün böyük səy göstərirlər.
Sumqayıt RPİ-nin Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Rostovan Əliyevlə həmsöhbət olarkən bildirdi ki, qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində aparılan tədbirlər məqsədyönlü şəkildə davam etdirilir. Belə ki, cari ilin 9 ayı ərzində polis veteranlarının bilavasitə yaxından iştirakı ilə 493 cinayətin açılması təmin edilib. Ötən müddət ərzində veteranlar 98 dəfə müxtəlif təhsil müəssisələrində, ictimai təşkilatlarda maarifləndirmə tədbirləri keçirərək vətəndaşlar qarşısında çıxışlar edib, tövsiyyələrini veriblər.

N.Aytəkin

Geriyə Çap et


Faydalı keçidlər
Linklər