Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.11.2019

Sağlam həyat uğrunda

Sabunçu Rayon Polis İdarəsinin təşkilatçılığı ilə narkomaniyayla mübarizəyə həsr olunmuş və devizi “Bizim seçimimiz sağlam həyatdır” başlıqlı növbəti tədbir Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində keçirildi.
Məktəbin direktoru Gülnarə Abdullayeva bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini önə çəkərək dedi ki, bu gün gənclərimizi “ağ ölümü”ün ağuşundan almaq, ona düçar olanları sağlam həyata qaytarmaq üçün polisin qətiyyətli mübarizəsi və keçirdiyi belə maarifləndirici tədbirlər rəğbətlə qarşılanır.


Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ədalət Teymurov çıxış edərək müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə geniş məlumat verdi. O, ölkəmizin qazandığı iqtisadi və siyasi uğurların əldə olunmasında gənclərin də rolunu xüsusi qiymətləndirdi.
Qeyd olundu ki, gənclərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritetidir. Məhz bu səbəbdəndir ki, sağlam və savadlı gəncliyin formalaşması üçün təkcə paytaxtımızda deyil, eləcə də regionlarda çox böyük işlər görülmüşdür. Gənclərin asudə vaxtlarının səmərəli keçirməsi üçün onlarla Olimpiya idman kopleksləri, gənclər evləri tikilib və istifadəyə verilib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəldiyini bildirdi. O, tətdbirin keçirildiyi internat məktəbin gözəl ənənələrinin olduğunu, bu il 25 məzundan 17-nin ali məktəblərə daxil olduğunu, hətta onlardan bir neçəsinin 600-dən yuxarı bal toplamasını da qonaqların diqqətinə çatdırdı.

Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Eldar İlyasov gələcəyimiz olan uşaqları narkotacirlərin toruna düşməməyi tövsiyə etdi. Dedi ki, ölümün sindromu olan narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə toxunuldu, bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi önə çəkildi.
Çıxış edənlər dini radikalizmdən də söz açaraq onun təhlükəliliyini və din pərdəsi altında cinayət əməlləri törədənlərin hədəfində gəncliyin oldğunu diqqətə çatdırdılar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər