Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.09.2019

Polis andi içdilər...

Sentyabrın 14-də bu il Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.
N.Əliyev əminliyini bildirib ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaq. Akademiyanın rəisi kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinədək öyrənməyi tövsiyə edib.

Sonra Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantlar polis andını içiblər.
Kursantlar çıxış edərək bildiriblər ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir və bu anlar çətin, məsuliyyətli, həm də polisin sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.
Mərasim “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidlə başa çatıb.

Anar Qafarov,
polis baş leytenantı

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər