Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.08.2019

Xoş ovqatlar ünvani “xəzri”

Qızmar yay günlərində nəfəskəsən istilərdə çimərliklər tez-tez yada düşür. Yay mövsümündə ecazkar təbiət, mülayim dəniz və təmiz hava turistləri Azərbaycana cəlb edir. Xəzərin sahilboyu ərazilərində, meşələrdə və dağlarda yerləşən istirahət və əyləncə məkanları günəşi, dənizi və qumu, təbiətin qoynunda seyrə çıxmağı, ağacların arasında cığırlarda gəzməyi sevənlərə unudulmaz anlar yaşadır.
Yay fəsli Azərbaycanın hər yerində səyahət üçün əlverişlidir. İstirahət və müalicə üçün imkanlar burada hər kəsə öz istirahətini ürəyincə keçirməyə şərait yaradır. İndi ölkəmizə təyyarə, qatar və ya avtomobil yolu ilə gələn turistlərlə birgə, velosipedlə gələnlərin də sayı artır.

Turistlər üçün əlverişli məkanlardan biri də DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzidir. “Xəzri”nin səsi-sorağı artıq ölkəmizin hüdudlarından gəlir. Kiçik bir araşdırma aparıb məlumat əldə etdik ki, Rusiya, Polşa, Latviya, Estoniya və digər ölkələrdən səyahəti sevən insanlar yollarını “Xəzri”yə yayda olduğu kimi qışda da salırlar.
Bu günlərdə redaksiyamıza ünvanlanan təşəkkür məktubunda yazılan xoş sözlər könlümüzü oxşadı. Taras Şevçenko adına Kiyev Milli Universitetin professoru Rita Zabloskaya ailəsilə birlikdə dincəlmək üçün “Xəzri”yə gəlib. O, mərkəzin səliqə-sahmanı, otaqların, hovuzun təmizliyi, xidmətin səviyyəsini qəbul etdikləri tibbi prosedurların yüksək səviyyədə təsirinin onlarda çox gözəl təəssürat yaratdığını qeyd edir, buna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ukrayna vətəndaşı Alla Karablyova da DİN-ə ünvanladığı məktubunda şəhərimizin gözəlliyinə heyran qaldığını, “Xəzri”də ona göstərilən qonaqpərvərlikdən, mətbəxinin dadlı yeməklərindən, orada xidmət göstərən əməkdaşların mehriban və xoş rəftarından məmnun olduğunu bildirir və təşəkkür edir.
Sevinməyə və qürur duymağa dəyər. Çünki Vətənimizə üz tutanlar xoş ovqatla, xoş xatirələrlə bir də qayıtmaq həvəsi ilə ayrılırlar.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər