Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.06.2019

“Eşitmişdik, özümüz gördük də, yaşadiq da...”

Ölkəmizə gələnlər belə deyirlər. Onlar bu gün Azərbaycan haqqında deyilənləri və yazılanları, daha doğrusu, yalanı və gerçəyi gözləri ilə görürlər. İnkişafımızın, uğurumuzun onlara olan münasibətimizin də şahididirlər…
Polisin fəaliyyəti işlək bir mexanizmdir. Vətənə və xalqa xidmətin yolu ölümdən belə keçsə də o içdiyi andına sadiqdir. Ən böyük qazancı ümidi, etibarı və inamı doğrultmaqdır. Onlara da işin çətini düşüb. Söhbət DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborundan gedir.

Həmişə gücləndirilmiş iş rejimində çalışırlar. Ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, diplomatik nümayəndəliklərin etibarlı mühafizəsini təşkil etmək onlara həvalə olunub. İllərin sınağından keçiblər. İlkin tibbi yardımdan tutmuş, ən çətin vəziyyətlərdə düzgün qərar vermə bacarığı, intellekt, sayıqlıq onların əsas xüsusiyyətidir. İngilis dili ilə yanaşı bir neçə xarici dili də sərbəst bilən əməkdaşlar əcnəbilərlə dil tapmaqda çətinlik çəkmirlər. Onların bu bacarıqları ölkəmizin tanıtımında da mühüm rol oynayır.

Məlum və məşhur final oyunu zamanı polisimizin peşəkar xidmətini dünyanın bir çox KİV-ləri işıqlandırdı. Polis ölkəmizi layiqincə təmsil etdi və bu fədakarlıq ölkə Prezidentinin də diqqətindən yayınmadı. Dövlət başçısının daxili işlər orqanları əməkdaşlarına təşəkkürü görülən işlərə ən böyük qiymət oldu…
“Final oyunu zamanı taborun ingilis dilində sərbəst danışan əməkdaşlarından 15 nəfərin Metroplitendə Polis Şöbəsində xidmətə cəlb edilməsi məsuliyyətimizi daha artırdı. Verilən tapşırıqları yerinə yetirmək üçün səy və bacarığımızı səfərbər etmişdik. Çünki belə bir həssas dövürdə ölkəmizin imicinə xələl gətirmək istəyənlər təxribata əl ata bilərdilər. Azərbaycan Polisi fədakar xidməti ilə inamı, etibarı qazanıb. Bunu hər kəs bilir. Biz ölkəmizə gələn turistlərin də ümid yerinə çevrilmişik. Hətta bizə yaxınlaşıb ölkəmizdəki sabitliyə əmin-amanalığa və onlara olan xoş, səmimi münasibətə görə minnətdarlıqlarını ifadə edirlər”,-deyən tabor komandiri, polis polkovniki Mehdi Təmrazovun xidmətin qurulması ilə bağlı fikirlərini də öyrəndik:
- Ayıq-sayıqlığı yoxlamaq üçün günün ən müxtəlif vaxtlarında postlarda yoxlamalar aparılır. Etibarlı mühafizə ilə yanaşı, səfirliklərə, diplomatik nümayəndəliklərə yaxın ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlığa qarşı mübarizə məqsədilə profilaktiki tədbirlər həyata keçirilir. Xidməti peşə hazırlığı dərslərinə xüsusi diqqət yetirilir, tabel silahlarından bacarıqla istifadəyə, onların təmizlənməsi, qorunması, saxlanması, şəxsi heyətə verilmə qaydasına riayət olunması daim nəzarətdə saxlanılır. Aşkar edilmiş nöqsanlar dərhal aradan qaldırılır. Sıravi və rəis heyətinin yığıncaqları nizam-intizamın möhkəmləndirilməsində mühüm rol oynayır, bu da şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılmasına birbaşa təsir edir. Təcrübəli əməkdaşlar gənclərə hamilik edir, hər rübün sonunda onların özlərinin hesabatları dinlənilir. Təkcə ötən il 7 əməkdaşımız ali hüquq təhsili almaq üçün DİN-in Polis Akademiyasına göndərilib.

İş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür, polis köşklərinin sanitar-gigiyenik və texniki istismar vəziyyətinin yoxlanılması müntəzəm olaraq həyata keçirilir.
Komandir əlavə etdi ki, diqqət mərkəzində saxlanılan əsas vəzifələrdən biri əcnəbilərlə, o cümlədən diplomatik korpusun nümayəndələri ilə ünsiyyət zamanı əməkdaşların etik-davranış qaydalarına riayət etmələridir ki, bu məsələdə də heç bir problemlə üzləşmirlər...
Dünyaya açılan Azərbaycan dünyasında hamını təhlükəsiz, isti və güvənilən bir yaşam gözləyir. Azərbaycanda bunun keşiyində igid oğullarımız dayanıb, polislərimiz dayanırlar.

H.Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər