Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.06.2019

Qonşu-qonşu olsa...

Dünyaya göz açıb, özümüzü dərk edəndən “ Yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyimini eşitmişik. Böyüyüb boya-başa çatdığımız toplumda hər zaman qonşuya, qonşuluq münasibətlərinə önəm verib, həssaslıqla yanaşıb böyüklərimiz. Müqəddəs dinimizdə də bu münasibətlərə xüsusi dəyər verilir. Amma bunu da deyiblər: “Qonşun pisdi köç qurtar”.
Sabirabaddan olan Baxşiyevlər ailəsinə beləsi “nəsib” olub...

Yazın gəlişilə təbiət gül-çiçəyə qərq olmuşdu. Adətə görə, ev-eşiyi təmizlənir, həyət-bacada səliqə-sahman yaradılırdı. Gülarə xala da həmin gün səhər açılandan bir dəqiqə belə dayanmamışdı. Ona bu işlərdə kömək edən qızı Nərmin də əldən-ayaqdan düşmüşdü. Birdən qadın sanki yuxudaymış kimi diksindi, bir neçə gün bundan əvvəl qayını arvadına vediyi söz yadına düşdü.
-Ay bala, lap yadımdan çıxıb, axı əmingilə getməliyik.
-Get, işləri mən tamamlayaram.
-Sən də yubanma...
Gülarə tez-tələsik hazırlaşıb evdən çıxdı.
Qonşuluqda yaşayan Rüfət xeyli müddət idi ki, onları müşahidə edirdi. Kim haçan gəldi, nə vaxt getdi, nəzarət edirdi. Vaxt həmin vaxtdır deyb, neçə gündən bəri planlaşdırdığı çirkin əməli həyata keçirmək qərarına gəldi. Mətbəxtdə masanın üstündəki bıçağı götürüb köynəyinin altında gizlətdi. Darvazadan çıxıb oğrun-oğrun qonşusunun hasarına yaxınlaşdı. Bir anlıq dayandı, ətrafı seyr etdi. Kimsənin olmadığından əmin olan kimi hasardan həyətə keçdi. Barmaqlarının ücunda evin qapısına yaxınlaşırdı ki, birdən ayağı sürüşdü. Səsi Nərmin də eşitdi. “Yəqin anam arxamcan adam göndərib”,-deyb qapıya tərəf getdi və dərhal da qışqıraraq geri sıçradı.
Əlində bıçaq olan qara maskalı şəxs onun arxasınca evə soxulub, bir zərbəylə köməksiz qızı divana yıxdı və bağırdı:.
-Səsini çıxarsan səni dəlim-deşik edəcəm.
-Kimsən, nə istəyirsən?
-Tez pulun, qızılların yerini de...
Hadisə barədə polisə məlumat verildi. RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov başda olmaqla əməliyyat-istintaq qrupu hadisə yerinə yollandı. Lazımi müayinələr aparıldı, əl-barmaq izləri götürülərək araşdırılması üçün aidiyyatı üzrə göndərildi, şahidlərin olub-olmaması araşdırıldı.
Zərərçəkmiş N.Baxşiyeva hadisənin şokundan ayılmadığından ondan bilgi almaq mümkün olmadı. Ara-sıra xatırladıqları da isə tutarlı bir şey deyildi.

Bu rayonda çox nadir hallarda rast gəlinən bu hadısə bir anda müzakirə olunan ən mühüm olay oldu.
Əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Bəyməməd Bayramovun rəhbərliylə yaradılmış əməliyyat-istintaq qrupuna hadisənin üstünün tez bir zamanda açılması tapşırığı verildi. Təxirəsalınmaz tədbirlər nəticəsində qonşusuna qarşı quldurluq törətməkdə şübhəli bilinən rayon sakini R.Kərimov saxlanılaraq polisə gətirildi.
Rüfət: “Od qonşusu”olduqlarını deyib-, polislərə yalnış istiqamət vermək istəsə də, işinin peşəkarları olan həmkarlarımız tutarlı dəlillərlə bunun əksini sübut etdilər.

Ç.Şıxverdiyev,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər