Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.06.2019

Polis Akademiyasında elmi-praktiki konfrans

Polis Akademiyasında ali təhsil müəssisələrinin tələbə və magistrantları üçün “Müasir dövrdə cinayət qanunvericiliyinin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Polis Akademiyasının təmsilçiləri iştirak etmişlər.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev konfransı açaraq onun işinə uğurlar arzulamışdır. Xəzər rayonunda yerləşən Səhiyyə Nazirliyinin 5 saylı Uşaq evindən dəvət olunmuş valideyn himayəsindən məhrum azyaşlılara konfrans iştirakçıları tərəfindən hədiyyələr təqdim edilmişdir.

Konfrans cinayət qanunvericiliyinin aktual problemlərini özündə əks etdirən çıxışlarla davam etmişdir. BDU-nun magistrantı X.Dadaşzadə və 2-ci kurs tələbəsi C.Abışzadə, Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın magistrantı E.Tağıyeva və 3-cü kurs tələbələri L.Kərimova, F.İbrahimzadə, DGK Akademiyasının 3-cü kurs tələbələri F.Camalzadə, İ.Novruzlu, C.Muxtarova, DTX-nın H.Əliyev adına Akademiyasının kursantları H.Həsənli, C.Əliyev, Polis Akademiyasının magistrantı A.Vəliyev, Tədris-metodiki şöbənin inspektoru T.Hümbətli, 3-cü kurs kursantı N.Ceyidli tezislərlə çıxış edərək müasir dövrdə cinayət qanunvericiliyinin müxtəlif institutları üzrə mövcud problemlər, onların aradan qaldırılması istiqamətində təkliflərini vermişlər.

Məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonra Polis Akademiyasının və Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin birgə müəllifliyi ilə nəşr edilmiş “Hüquqi şəxslərin cinayət-hüquqi məsuliyyəti” adlı dərs vəsaitinin təqdimatı keçirilmişdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilmiş, xatirə şəkli çəkdirilmişdir.

Natiq Abdullayev,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər