Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.03.2019

“Sari gəlin”in müşayəti ilə...

Azərbaycan həm də güclü idman ənənələri ilə tanınınr. Çünki idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bütün bunların nəticəsində dünyanın və Avropanın idman mərkəzlərindən hesab olunan ölkəmiz yüksək təşkilatçılıq qabiliyyəti ilə hər kəsin diqqətini özünə cəlb etməyi bacarıb və hər dəfəsində ilklərə imza atıb. Təkcə belə möhtəşəm tədbirlərdən İlk Avropa Oyunlarının Bakıda keçirilməsini deyilənlərə sübutdur.

Bu günlərdə internet saytlarını izləyərkən “Azərbaycanın qadın idmançısı dünya gimnastikası tarixində ilkə imza atdı” sərlövhəli xəbərə rast gəldim. Yazı diqqətimi çəkdi: “Azərbaycanın qadın idmançısı Marina Nekrasova dünya gimnastikası tarixində ilk dəfə qapalı geyimdə çıxış edib. O, dünya kubokunun ikinci yarış günündə sərbəst hərəkətlərdə mübarizəyə başlayıb. Marina xüsusi hazırlanmış geyimdə “Sarı gəlin” mahnısının müşayəti ilə çıxış edib və 12,366 xal alıb.” Məqalədə marağıma səbəb olan əsas məqam idmançımızın milli mədəniyyətimizlə incəsənəti sintez edərək çıxış etməsidir. O, bununla Azərbaycan idmanının, mədəniyyətinin, incəsənətinin tarixi ənənələrə söykəndiyini bir daha nümayiş etdirib.
T.Əlizadə

Geriyə Çap et


Faydalı keçidlər
Linklər