Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.03.2019

Könül istər ki...

Şaxtalı qış günlərindən biri adəti üzrə işə gəlirdim. Yolum Mirzə Fətəli Axundov bağından keçirdi. Diqqətim bağın sağındakı binanın mənzillərindən birinin eyvanına kökləndi. Üçrəngli ay-ulduzlu bayrağımız salamlayırdı yoldan keçənləri. Görəsən, evin sahibi kimdir? Polis, hərbçi, müəllim, idmançı, yoxsa sıravi vətəndaş? Bəlkə də Qarabağ qazisi?
Əslində, o qədər də fərqi yoxdur. Yaşından, peşəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər kəs milli kimliyimizin rəmzinə hörmətlə yanaşmalı, ehtiram göstərməli, onu sevməli, “göz bəbəyi” kimi qorumalıdır. Və məncə, bu hiss biz dünyanı tanıyandan, bizə dünyanı tanıdandan tərbiyə olunmalıdır.

Vətən üçün qəhrəmancasına döyüşüb, lazım gələndə şəhid olanlar cərgəsində Azərbaycan Polisinin yetirmələri də var. Yəni nümunə, misal üçün çox da uzağa getməyə ehtiyac yoxdur...
Atalarımızın bir sözü var: “İgid yaşamaq, igid ölməkdən daha çətindir”. Bizim igid kimi yaşayan, döyüşən və qələbələri ilə öz sözünü deyib, bayrağımızı dünyanın, dörd-bir yanına sancan qəhrəman polislərimiz də az deyil.
Könül istər ki, şanlı bayrağımız təkcə hər evdə, hər eyvanda deyil, Vətən təəssübü, Vətən sevgisi ilə döyünən hər könüldən görünsün, ağ atlı oğlanın əlində Qarabağı...da dolaşsın...

Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər