Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.02.2019

“Od olmasa tüstü çıxmaz” dedilər, polis əməkdaşlarımız da...

Hər gün ayrı-ayrı vətəndaşlardan Daxili İşlər Nazirliyinə çoxsaylı təşəkkür məktubları da daxil olur. Son günlər aldığımız məktublardan birini diqqətə çatdırmaq istərdik.

Sumqayıt şəhər sakini Sahib Ağayev yazır ki, ŞPİ Post-Patrul Xidmətinin əməkdaşları - polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə onların həyatını xilas ediblər.

H.Z.Tağıyev qəsəbəsində yaşayan S.Ağayev bildirir ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb. Qapıda polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma, sən demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzilin sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar.
Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər tərəddüd etmədən həmin otağa daxil olub, onu boğulmaqdan xilas ediblər.

Yanğınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin Növbətçi hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəliblər, alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polislərimizə minnətdarlıqlarını bildirir, ayıq-sayıqlıq, uğurlu xidmət arzulayır.

Xəyalə Məmmədova,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər