Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.01.2019

Tarixdə izi qaldı…

“20 Yanvar faciəsi azadlığa, müstəqilliyə can atan, sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalan xalqımızın həm də mübarizliyini, məğrurluğunu, qəhrəmanlıq ənənələrinə sadiqliyini bütün dünyaya nümayiş etdirdi. Həmin gün çağdaş tariximizin parlaq bir səhifəsi, müstəqillik yollarında yeni bir tarixi dövrün başlanğıcı oldu.”

Bu fikirləri Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Astara Rayon Polis Şöbəsində də 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbirində şöbə rəisi, polis polkovniki Azər Cahangirov deyib.

Qeyd olunub ki, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən xüsusi təyinatlılar tərəfindən 19-dan 20-nə keçən o müdhiş gecədə 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs olunmuşdur.
Şöbə rəisi o qanlı gecənin ertəsi günü ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, faciənin təşkilatçılarının adının dünya ictimaiyyətinə açıqladığını və bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb etdiyini xüsusi vurğulayıb.

O da diqqətə çatdırılıb ki, qırğınlar təkcə Bakıda olmayıb. Neftçalada və Lənkəranda da davam etdirlib, əliyalın insanlar güllə-baran edilib.
Şəhid ailələri adından çıxış edən İradə Səfərova ötən illər ərzində 20 Yanvar şəhidlərinin ailələrinin daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu minnətdarlıq hissi ilə qeyd edib.
Sonra şöbə rəhbərliyi tədbirdə iştirak edən 20 Yanvar faciəsi əlillərinin və şəhid ailələrinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib.
Daha sonra şəhid ailələrinə maddi yardım göstərilib, onlarla xatirə şəkli çəkdirilib.

Hafiz Təmirov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər