Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

26.12.2018

“Tanri yolçusuyam, bəxtim söz yükü...”

Heç bilmirəm Sona xanım Vəliyevanın bu misrası hardan yadıma düşdü...
Deyirlər ki, hər kəsin yaratdığı, qurduğu (əgər varsa) özündən çox yaşayır, şəxsindən daha uzunömürlü olur. Bu, yaşa da baxmır. Qəzetimizin istedadlı müxbiri, aramızdan vaxtsız gedən polis leytenantı Babur Hüseynov da belə yaradıcılardan idi...

Rəhmətlik Əli Kərimin sözüdü: “Nə zamansa bu nişanda bir atam vardı...”
Bizim də uca boylu, qaynar gözlü, əlindən qələm, dilindən söz düşməyən bir Baburumuz vardı. Oğul olan, qardaş, dost olan, ata olası Babur...
Bir il əvvəl dünyadan köçdü dünyamıza, yaşanan, yaşlanan ömrümüzə...
Xatirəsi yazıları kimi xoştale olar, inşallah...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər