Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.12.2018

Gənclik şəhərində


Onunla dəfələrlə telefonladanışmışdım. Səsindən, danışıq tərzindən orta yaşlı zənn edirdim. Mingəçevir Şəhər Polis Şöbəsinə budəfəki ezamiyyətim zamanı görüşdük. ŞPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Vahid Məmmədov bizi tanış edəndə təəccübümü gizlətmədim. Gülərüz, idmançı cüssəli bu gənc polis kapitanı elə ilk andan rəğbətimi qazandı. Bir yandan yolun yorğunluğu, bir yandan da zamanın münasib olmadığı üçün ətraflı söhbətləşə bilmədik.

Ertəsi cümə günüydü. DİO əməkdaşları hər həftənin ikinci və beşinci günləri fiziki hazırlıq məşğələsində olurlar. Mingəçevir ŞPŞ-də də həmçinin. Vədələşdiyimiz saatda Şöbənin inzibati binasının önündə görüşdük. Gərgin məşqdən qayıtmaqları o dəqiqə hiss olunurdu.

Söhbətimiz kadr və peşə hazırlığı üzrə qrupun baş inspektoru, polis kapitanı Rövşən İsmayılovun xidməti otağında davam etdi. Öyrəndim ki, əməkdaşların xidmətə qəbulu, onların fiziki və peşə hazırlığının yüksək səviyyədə təşkil olunmasına o cavabdehlik daşıyır. Amma söhbətimizi tez-tez kəsməli olurduq. Belə ki, polisdə xidmət illəri elə də çox olmasa da ona öz sahəsində müraciət edənlərin sayı kifayət qədərdir. Gənc həmkarım da onlara dolğun məlumat verir, bildiklərini həvəslə öyrədir. Fürsət düşən kimi özü haqqında öyrənə bildiklərim bunlar oldu.

1984-cü ildə Mingəçevirdə doğulub. Gəncə Dövlət Universitetini bitirib. Vətənə əsgəri borcunu verən Rövşənin polis mundiri geymək arzusu 2013-cü ildə reallaşıb. DİO-da xidmətlə bağlı keçirilən müsabiqədə yüksək bal toplayaraq sıralarımıza qatılıb. Xidmətə ilk olaraq YYÇPİT qrupunun inspektoru kimi başlayıb. 2016-cı ildən isə indiki vəzifəsindədir.

Yeri gəlmişkən, şəxsi heyət arasında böyük hörməti olan R.İsmayılov barədə rəis, polis polkovniki Cavid Muradov da xoş sözlər dedi. Onu nizam-intizamlı, verilən tapşırıqları vaxtında və düzgün icra edən gənc mütəxəssiz kimi xarakterizə etdi.


Geriyə Çap et


Faydalı keçidlər
Linklər