Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.10.2018

Demokratik və hüquqi dövlət quruculuğunun əsas qanunu

Hər bir ölkənin konstitusiyası dövlətin mühüm atributu olaraq, onun uzun illər boyu üçün tutacağı mövqeyi müəyyənləşdirir. Həmçinin dövlətin konstitusiyası onun nə dərəcədə demokratik olduğunun, insan hüquq və azadlıqlarına nə dərəcədə təminat verdiyinin göstəricisidir.

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi, əsasən, SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra olduqca çətin şərait¬də, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini – Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. Azərbaycan Respublikası Konstitusiyasının hazırlan¬ması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin əməyi və siyasi uzaqgörənliyi nəticəsində mümkün oldu. Məhz 1994-cü ildə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası işə başladı və layihə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyanrın 12-də ümumxalq referendum ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibət¬ləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ali qanundur. Digərlərindən fərqli olaraq, konstitusiyanı ona görə “Əsas Qanun” adlandırırlar ki, o, ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizama salır, cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısı kimi çıxış edir, dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gələcək prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil qaydalarını müəyyən edir.

Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdır. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi konstitusiyamızın demokratik dəyərlərini əks etdirir.

Bu gün ölkəmizdə qanunun aliliyi təmin olunub, demokratiya inkişaf edir, dövlət və cəmiyyətin həyat qabiliyyətini təmin edən hüquqi baza yaradılıb, hər bir hüquqi və demokratik dövlət üçün ilkin və əsas şərt hesab olunan hakimiyyət bölgüsü prinsipini reallaşdırmaq üçün ardıcıl islahatlar həyata keçirilir.
İnsan və vətəndaş hüquq və azadlıqları qanunun aliliyi ilə birbaşa bağlıdır, biri digərini tamamlayır. Dövlət hər kəsin konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının təminatçısıdır. Əlbəttə, orada nəzərdə tutulmuş hüquq və azadlıqlar hər bir fərdin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini, vəzifələrini də əhatə edir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər