Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.06.2018

Kürdəmirdə film kimi oğurluq

Kürdəmir Rayon Polis Şöbəsinin Növbətçi hissəsində özümü təqdim etdim. Növbətçi zabit rəis, polis polkovniki Sultan Zenalovun məşğul olduğunu bildirdi:
-Bir az gözləməli olacaqsız, qəbulda vətəndaşlar var,-dedi.
Yuxarı qalxıb qəbul otağına keçdim. Təzəcə oturmuşdum ki, rəisin kabinetindən iki nəfər çıxdı və növbədə olan daha ikisi içəri keçdi. Onlar da çıxandan sonra növbə mənə çatdı...
-Əgər yanılmıramsa, qəbul günüz deyil?
-Düz diqqət etmisiz. Amma neyləyək, vətəndaşı narazı salmaq olmaz. Zəhmət çəkib gəlib, qəbul etməliyik,-dedi

Gəlişimin məqsədini öyrənəndə hörmətlə razılıgını bildirdi və beləliklə, polis polkovniki S.Zenalovdan öyrəndim ki, cari ilin geridə qoyduğumuz müddəti ərzində RPŞ üzrə ümumilikdə 68 cinayət qeydə alınıb, açılması isə 94.5 faiz təmin olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə cinayətlərin açılması 11.7 faiz yaxşılaşıb. Qyri-qşkar şəraitdə törədilmiş cinayətlərin açılması 92 faiz olub. Ağır və xüsusiylə ağır, eləcə də böyük ictimai təhlükə törətməyən cinayətlərin açılması isə 100 faiz təmin olunub. İtkin düşmüş 2 nəfərin yeri muəyyən edilib, 10 nəfər təqsirləndirilən şəxs yaxalanaraq istintaqa təhvil verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə nəticəsində 10 fakt aşkarlanıb. Qanunsuz saxlanılan 7 ov silahı aşkar olunaraq götürülüb.

Söhbətimizin əvvəlinə qayıdan RPŞ-nin rəisi qeyd etdi ki, vətəndaşların qəbulu həmişə diqqət mərkəzində olmuşdur. Nizam-intizam, xidməti və fiziki hazırlıq dərslərinə də rəhbərlik tərəfindən xüsusi diqqət yetirilir.
Görülmüş işlərdən biri barədə ətraflı olaraq oxucularımızı da məlumatlandırmaq istədiyimi bildirəndə: “Bu məsələdə sizə əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenant Səfər Nuriyev yardım edər”,-dedi.

Belə də oldu...
Bərdə rayon sakinləri Əvəz Qurbanov və Fariz İbrahimov kürdəmirli Zəka Ramazanovla Bərdədəki mal bazarında rastlaşdılar.
-Xoş gördük, köhnə dost, çoxdandır görsənmirsən.
-Neyləyim, kasıbçılığın üzü qara olsun.
-Sən ki, işsiz qalmazdın.
-Doğrusu, yaxşı bir fikrim var, amma ürəkli oğul axtarıram.
-Ürəkli oğul biz...
Zəka çoxdan bəri göz qoyduğu həmkəndlisinin iri qoyunçuluq təsərrüfatı barədə tanışlarına ətraflı məlumat verdi. Danışmaq bir yana, hər şeyi əyani görüb, əməlli-başlı plan qurmaq lazım idi.
Kürdəmirin Karrar kəndinə gəldilər. Zəkanın nişan verdiyi həyətin giriş-çıxışını diqqətlə, ehtiyatla öyrəndilər. Sonra yenidən Bərdəyə qayıtdılar. Planlarını həyata keçirmək üçün onlara böyük bir yük maşını lazım idi. Bazrda xeyli var-gəldən sonra bir maşına yaxınlaşdılar.
-Qardaş, Kürdəmirdə heyvanımız var, gətirməzsən?
-Niyə gətirmirəm, puluna minnət.
-Amma gərək bu gecə çıxaq ki, səhərə bazarda olaq...
Qiymətdə razılaşıb yola çxdılar. Kəndə yetişəndə saat 3-4 radələri olardı. Sürücüyə kəndə girib bir yerdə saxlamasını söylədilər. Qbaqcadan planlaşdırdıqları kimi, qoyunları sakitcə tövlədən çıxarıb kəndin kənarında bir yerə topladılar, sonra da elə maşının işığındaca yük yerinə doldurdular. Hər şeyi elə məharətlə və arxayınlıqla edirdilər ki, qoyunların oğurluq olduğu sürücünün ağlına belə gəlmədi.
Kənddən təzəcə çıxmışdılar ki, Bərdədə malın ucuz olmasını bəhanə gətirərək Bakıya sürməsini xahiş etdilər. Sonuncu əvvəlcə razılaşmadı:
-Ay qardaş, bu olmadı ki... Axı, rayonda məni başqa müştəti gözləyir.
-Sən narahat olma, onun da xərcini biz çəkərik...
Şəhərə çatıb qoyunları bir neçə qəssabxanın arasında bölüşdürürlər...
Karrar kənd sakini Müşviq Bəndəliyev, adəti üzrə, tezdən oyanıb mal-heyvana baş çəkmək üçün tövləyə yollandı. Qapını açanda gördüyünə inanmadı. Bir-iki cəlimsiz keçidən başqa heç nə yox idi. “Nəyim vardı aparıblar”,-deyə fəryad qopardı. Axı, bu necə mümkün ola bilərdi üst-üstə 230 baş qoyunu bir gecədə oğurlamaq. Birtəhər özünə gəlib polisə məlumat verdi.
Kürdəmir RPŞ-yə məlumat daxil olan kimi yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerinə yollandı. Doğrusu, faktın özü ilk baxışdan polisləri də təəccübləndirdi. Ev sahibi bir yana, heç qohum-qonşu da bu qədər qoyunu bir gecədə oğurlanmasından xəbər tutmamaları maraq doğururdu.
Əldə olunmuş məlumatlara əsasən, yük maşınının markasını müəyyən etmək mümkün oldu. Təcrübəli polis əməkdaşlarına eə bu ipucu da bəs etdi. Həmin maşının əvvəlcə Bakıya getməsi, daha sonra Bərdəyə geri dönməsi müəyyənləşdirildi. RPŞ-yə dəvət olunan sürücü istintaqa verdiyi ifadədə bildiklərini yerli-yataqlı danışdı və qoyunların oğurlanmasından xəbərsiz olduğunu polisləri inandıra bildi..
DİN Baş Cinayət-Axtarışı İdarəsi, Növbətçi hissələri İdarəetmə xidməti və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəcində tezliklə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fariz İbrahimov Quba rayonund həbs olundu.
Ardınca hadisənin digər iştirakçıları da yaxalanaraq istintaqa təhvil verildilər.

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər