Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Görüşünüzə gəlmişik ki...

İnformasiya bolluğunda, hər şeyin öz başlanğıcını işıq sürətiylə götürdüyü bir dövrdə yaşayırıq. Biz də “İmzalar içində imzamızı” qoruyub-saxlayırıq. Bizim də deməyə, yazmağa sözümüz var. XX əsrdən XXI əsrə kimi acılı-şirinli, enişli-yoxuşlu yol gələrək tariximizi yaradanların hansı çətinliklərlə, məşəqqətlərlə üzbəüz qaldığını, asayiş keşikçilərinin Vətənə sadiqliyini, qəhrəmanlığını, fədakar xidmətini əks etdirən, yaşadan “Mübariz keşikdə”mizlə bu gün də ən sadiq silahımız olan qələmə söykənib yazırıq, yazırıq.
Budur, yeni biçimdə, yeni ahəngdə, fərqli tərzdə-bu dəfə DİN-in ilk jurnalı, “Mübariz keşikdə”nin əlavəsi olaraq, rübdə bir dəfə görüşünüzə gəlirik.
Buyurun, yazdıqlarımız, düşündüklərimiz ixtiyarınızdadır.





Çap et  Çap et