Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

22.10.2023

Nəcib təşəbbüs

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları qan veriblər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən donor polis əməkdaşlarının sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb.

Bu nəcib təşəbbüsdə iştirak edən polislər qan xəstəliklərindən əziyyət çəkənlər, xüsusən də uşaqlar üçün könüllü qan verməyin xeyirxah iş və vətəndaşlıq borcu olduğunu qeyd ediblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.





Çap et  Çap et