Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

31.05.2023

Qürur doğuran xidmət

Mayın 30-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinovanı qəbul edib.

Yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib.
Qeyd edək ki, Z.Meftahətdinova bundan sonra fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.





Çap et  Çap et