Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.03.2023

Sevinci, kədəri bölüşdüklərimiz

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində polis veteranı Almaz Səttarova ilə görüşmək təşəbbüsünə Xətai Rayon Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti də qoşulub. Beləcə, Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov və sahə inspektoru, polis mayoru Nuri Rəşadın iştirakı ilə bu görüş gerçəkləşib.
Şəki şəhərində doğulmuş Almaz xanım 1959-cu ildə Daxili İşlər Nazirliyində xidmətə qəbul olunub. Daha sonra Xətai rayonunda Daxili İşlər Şöbəsində azyaşlılar üzrə müvəkkil vəzifəsinə təyin olunub, 55 yaşında mayor rütbəsində təqaüdə çıxıb. 25 illik xidməti dövründə hətta bir çox cinayətin açılmasında fərqləndiyinə görə medallara layiq görülüb, qüsursuz xidməti ilə rəhbərliyin etimadını doğruldub.

Rəis müavini H.Təmirov daxili işlər orqanlarında qüsursuz xidmət ilə seçilən həmkarımızı yad etməyin sevincini və qürurunu yaşamağın gözəl bir hiss olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, DİN rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunan veteranlarımız heç vaxt unudulmurlar. Bu görüş də bunun bariz nümunəsidir.

Sevincini sözlə ifadə etməkdə çətinlik çəkən 85 yaşlı həmkarımız onu yada saldıqlarına görə minnətdarlığını bildirib.

*****


8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Səbail Rayon Polis İdarəsində də tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan idarə rəsi, polis polkovniki Hikmət Qasımov daxili işlər orqanlarının sıralarında xanım əməkdaşların mühüm vəzifələr icra etdiklərini, ən çətin işlərin belə öhdəsindən layiqincə gəldiklərini və bu xidmətlərinin DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

İdarə rəisi xanım əməkdaşları təbrik edərək, onlara möhkəm cansağlığı və peşə fəaliyyətlərində uğurlar arzulayıb.





Çap et  Çap et