Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

08.03.2023

Azərbaycan respublikasi daxili işlər nazirliyinin qadin əməkdaşlarina və hərbi qulluqçularina

Hörmətli həmkarlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Qadını zəngin milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin qorunub saxlanılmasında, nəsildən-nəslə ötürülməsində həmişə müstəsna rol oynamış, fədakarlığı, əzmi, tükənməz enerjisi və sədaqəti ilə hər bir ailənin etibarlı dayağı olmuşdur.

Bu gün də öz potensialını davamlı inkişafda olan ölkəmizin qüdrətlənməsinə və xalqın rifahına sərf edən, milli dövlət quruculuğu işlərində əməli fəaliyyəti ilə seçilən Azərbaycan qadını, eyni zamanda vətənpərvər, mübariz ruhlu, milli ideallara sadiq gənc nəslin yetişməsinə misilsiz töhfələr verir.

Azərbaycan qadınının təşəbbüskarlığı, tərəqqipərvərliyi, ictimai-siyasi həyatda səyləri, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında xidmətləri dövlətimizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir.

Xidmətdə əldə edilən müsbət nəticələrə daxili işlər orqanlarında və Daxili Qoşunlarda çalışan qadınların böyük əməyini də məmnunluqla qeyd edir və bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, əzm-
kar və gərəkli fəaliyyətinizdə uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!

Vilayət Eyvazov,
Azərbaycan Respublikasının daxili işlər naziri,
general-polkovnik





Çap et  Çap et