Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

05.03.2023

Polis necə doğmalaşır

Təhsil müəssisələrində müxtəlif mövzulara həsr olunan tədbirlərdə, keçirilən görüşlərdə polis əməkdaşları ilə gənclər arasında mənəvi bağlar daha da möhkəmlənir. Polis zamanla kimi üçün qardaşa, kimi üçün də əmiyə, yəni dosta-doğmaya çevrilir. Məktəblərdəki maarifləndirici təbdirlərin onların baxışında həm də bu gerçəkliyi canlandırması baxımından əvəzi yoxdur.

Bu yaxınlarda 90 nömrəli orta məkəbdə də narkomaniyanın zərərlərindən danışan Sabunçu RPİ-nin əməkdaşları təhsil müəssisəsinin kollektivinin və məktəblilərin düşüncəsində polisin o doğma, qayğıkeş obrazını aydın çizgilərlə çəkiblər.

Bunun necə baş verdiyini məktəbin rəhbərliyi qəzetmizə zəng edərək ifadə edib.

Deməli, təhsil ocağından bildirilir ki, həmin gün məktəbin qızlardan ibarət xor qrupu qonaqlar üçün musiqi nömrəsi ilə çıxış edərkən şagirdlərin geyimləri müxtəlif rənglərdə olub və bu, idarə rəisi, polis polkovniki Cavid Muradovun nəzərindən yayınmayıb. Tədbirdən sonra uşaqların hər birinin ölçüləri götürülüb. Bu günlərdə isə, 8 Mart - Qadınlar Günü ərəfəsində geyimlər qızlara hədiyyə edilib.

İndi dərc etdiyimiz bu foto da yalnız hədiyyənin sahiblərinə çatmasını göstərmir, həm də və daha çox polisin övladlarımıza, xalqımızın gələcəyinə nə qədər doğma, qayğıkeş münasibət bəslədiyini əks etdirir.

R.Mehtiyev

 





Çap et  Çap et