Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

23.01.2023

Qəhrəmanımızın döyüş yolu səhnələşdirilib

Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrında Hafiz Ataxanlının Zəfər gününə həsr olunmuş “Missiya” adlı mistik-dramatik tamaşası təqdim edilib.
Tamaşaçıları rayon ictimaiyyəti, şəhid ailə üzvləri, Laçın RPŞ-nin veteranları, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları və Vətən müharibəsinin qaziləri olan səhnə əsərində Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı, milis starşinası Qorxmaz Eyvazovun obrazı da baş qəhrəmanlardan biri kimi canlandırılıb.

Şəhid ailələri adından danışan Q.Eyvazovun oğlu Sumqayıt ŞPİ-nin Xüsusi Təyinatlı Bölüyün komandir müavini, polis mayoru Asəm Eyvazov bundan sonra da şəhidlərimizin ruhunu şad etmək üçün hər birimizin üzərinə daha böyük məsuliyyətin düşdüyünü bildirib. Qeyd olunub ki, bu gün Şuşada dalğalanan Azərbaycan bayrağı düşmənlərə və onun havadarlarına göz dağıdır.
Yeri gəlmişkən, qəhrəmanlıq dramına teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Bədii tərtibat Elşən Sərxanoğluna, musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə məxsusdur.

Ruslan Vəliyev,
polis baş leytenantı





Çap et  Çap et