Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

15.01.2023

Xatirəsi anılıb

Bu günlərdə Sumqayıtdakı Q.İlyasov adına şəhər 1 saylı tam orta məktəbdə Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı, polis baş serjantı Vasiliy Əliyevin anım mərasimi keçirilib.

Dövlət himnimizin səsləndirilməsi, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə rayon ictimaiyyəti, pedaqoji heyət, şagirdlər, mədəniyyət işçiləri, döyüş yoldaşları, ailə üzvləri və Qubadlı RPŞ-nin əməkdaşları iştirak edib.

Tədbirdə şəhidin həyat yoldaşı Sumqayıt ŞPİ-nin Kadr və peşə hazırlığı qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Aygün Əliyeva, Qubadlı RPŞ-nin xidmət üzrə müavini, polis polkovnik-leytenantı İlham Rəsulov və məktəbin direktoru Aynurə Şahmuradova şəhidlik zirvəsinə ucalan V.Əliyevin igidliyindən və şücaətindən danışıb, onun fədakarlığının qəlblərdə əbədi yaşayacağını qeyd ediblər.

Yeri gəlmişkən, polis baş serjantı Vasiliy Əliyev 15 yanvar 1959-cu ildə Qubadlıda doğulub. 1980-ci ildə Qubadlı Rayon Polis Şöbəsində xidmətə başlayıb. 1992-ci il oktyabrın 20-də şəhid olub.

Ruslan Vəliyev,
polis baş leytenantı





Çap et  Çap et