27.12.2022
Polis məhəllədə görüşlər keçirir
Sabunçu RPİ Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları narkomaniya ilə mübarizə məqsədilə məhəllələrdə görüşləri davam etdirirlər.
Rayon ərazisindəki parklarda, məktəblərin ətrafında, həyətlərdə sakinlərlə, xüsusən, yeniyetmələrlə maarifləndirici söhbətlər aparan polis əməkdaşları narkotik maddələrin insan orqanizmində və cəmiyyətdə yaratdığı fəsadlardan danışıblar. Gənclərə diqqətlərini təhsilə yönəltmələrini və hüquqazidd əməllərdən çəkinməyi tövsiyə edən həmkarlarımız onları maraqlandıran sualları cavablandırıblar.
Maarifləndirici aksiyanın gənclərin qorunmasında əhəmiyyətli olduğunu deyən rayon sakinləri polisin bu istiqamətdəki fəaliyyətini təqdir ediblər.
Rəşad Mehtiyev