Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

13.12.2022

Polis Akademiyasında bir gün

Nərimanov rayonundakı 82 nömrəli orta məktəbin IX-XI sinif şagirdləri Polis Akademiyası ilə tanış olmaq üçün növbəti “Açıq qapı”dan keçiblər. Tədbirdə Nərimanov
RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları və polis veteranları iştirak ediblər.

Şagirdlər Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanalarla tanış olublar. Bundan əlavə, şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilib, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə nümayiş olunub.
Sonra “Açıq qapı” iştirakçıları ilə xatirə şəkli çəkdirilib, bukletlər paylanılıb.





Çap et  Çap et