Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

23.11.2022

Həyatını polis xilas etdi

Noyabrın 24-ü saat 12:00 radələrində Ucar Rayon Polis Şöbəsinə rayonunun Təzə Şilyan kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Bu zaman yanğının baş verdiyi evdə bir nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib və hadisə yerinə gələn Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı Səfər Səfərli həmin şəxsi xilas etmək üçün yanğın baş verən evə daxil olub.

Polis əməkdaşının operativ müdaxiləsi nəticəsində vətəndaşın həyatı xilas edilib və o, xidməti avtomobillə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Evdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi nəticəsində söndürülüb və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub.

Nizam Həmidov,
polis kapitanı





Çap et  Çap et