Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

15.11.2022

Kibercinayətlərin qurbanı olmayaq!

“Vətəndaşların diqqətinə! Son zamanlar bəzi işbazlar müxtəlif saytlarda saxta elan yerləşdirməklə (kirayə ev, mobil telefon satışı, işə düzəltmək, müxtəlif xidmətlər və s.) vətəndaşların etibarından sui-istifadə edirlər. Xahiş olunur bu kimi şəxslərə etibar edib bank kartına və ya hər hansı bir hesab nömrələrinə pul göndərməyin. Səbail RPİ 9-cu PB-nin sahə inspektoru, polis kapitanı Yunis Məmmədov”.

Bu elana adıçəkilən sahə inspektoruna təhkim olunmuş ərazidəki ticarət mərkəzlərində, marketlərdə, eləcə də insanların sıx toplaşdığı yerlərdə ödəniş terminallarının üzərində rast gəlmək mümkündür.

Diqqətimizi çəkən bu təşəbbüs, bu çağırış vətəndaşları dələduzların “şirin vədlərinə” aldanmamaq üçün polisin seçdiyi, həm də maraqlı mübarizə üsuludur.

Teymur Əlizadə,
polis mayoru





Çap et  Çap et